Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu - FOTO
Qəzalar
25 Oktyabr 2022 15:57
Oxunub 1184

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Oxu.az xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, 164 nömrəli müntəzəm xətt üzrə hərəkətdə olan sərnişin avtobusu ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













