Bakıda sərnişinlə dolu avtobusun sürücüsü qəza törədib qaçdı - VİDEO

Bakıda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçıb. Bu barədə oxuculardan biri Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. Hadisə noyabrın 30-da, paytaxtın Heydər Əliyev prospektində (Koroğlu metrostansiyasının qarşısında) baş verib. Belə ki, 160 saylı xətt üzrə fəaliyyət göstərən 99-JK-466 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü manevr edən zaman sağ zolaqdakı sürücüyə yol verməyib. Bu səbəbdən qəza baş verib. Zərərçəkmiş sürücü bildirir ki, qəzaya avtobus sürücüsü səbə olsa da, səhvini boynuna almayıb: “Avtomobilimi vurduqdan sonra ona irad bildirsəm də o, öz səhvini boynuna almayaraq hadisə yerindən yayındı. Bu barədə Dövlət Yol Polisi idarəsinə və sığorta şirkətinə məlumat verdim. Lakin məlum oldu ki, həmin sürücünün mülki məsuliyyət sığortası yoxdur. Buna görə də çıxılmaz vəziyyətdəyəm”.
Sürücü ona dəymiş ziyanın daşıyıcı şirkət tərəfindən ödənilməsini və sürücünün cəzalandırılmasını xahiş edir.
Ümid edirik ki, səlahiyyətli şəxslər tez bir zamanda məsələnin həll olunması istiqamətində addımlar atacaq.
Leyla
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı










