Bakıda üç qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə yanvarın 4-də saat 20 radələrində Xətai rayonunun Əbilov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Musa Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-40 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilmiş həmin qadın orada ölüb. Həmin gün Xətai rayonunda daha bir yol qəzası qeydə alınıb. Xətai rayonunun İ.İsmayılov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Qusar rayon sakini Svetlana Abdullayeva vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Suraxanı rayonunun Bülbülə qəsəbəsində də yol qəzası baş verib. Bakı şəhər sakini Çingiz İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Həmin kişi xəstəxanaya yerləşdirilib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












