Bakıda və Bərdədə avtomobil qəzası nəticəsində qaz xətləri zədələnib - FOTO

Bu gün səhər saatlarında baş verən qəzalar zamanı Bakının Xətai rayonunda və Bərdədə qaz təchizatında müvəqqəti fasilələr yaranıb. “Azəriqaz” İB-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi "Halal" mərasim evi ilə üzbəüz ərazidə avtomobil yoldan çıxaraq əhali abonentlərini qazla təmin edən yerüstü orta təzyiqli diametri 57 mm olan qaz xəttinə çırpılıb. Qaz borusu yararsız hala düşüb. Nəticədə 80 abonentin qaz təminatında fasilə yaranıb.
Bərdə şəhərinin Həzi Aslanov küçəsi istiqamətində də avtomobillə diametri 40 mm olan qaz xəttini vurub yararsız hala salıblar. Qaz təchizatı dayandırılan müddətdə 45 abonentin qaz təminatında fasilə yaranıb. Hər iki hadisə ilə bağlı müvafiq prosedurların icrasına başlanılıb.
Namiq Musayev


Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












