Bakıda yeni tuneldə zəncirvarı qəza: 4 maşın toqquşdu

Bakının Binəqədi rayonunda yeni inşa olunan tuneldə zəncirvarı qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində, "Xutor" qəsəbəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı Nurəddin Qocayevin idarə etdiyi "Hovo" markalı yük maşını ilə "Mercedes" toqquşub. Zərbənin gücündən yük maşını "Chevrolet"ə daha sonra isə "Daewoo"ya çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, maşınlar əzililib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya yük maşınının tunelə sürətlə daxil olması səbəb olub. Qəzadan sonra tuneldə tıxac yaranıb. Avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi rayon Şöbəsinin əməkdaşları araşdırma aparır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












