Bakıda yol qırğını; 8 ayda 192 nəfər ölüb - VİDEO

Şəhərin əksər yerlərində yeraltı və yerüstü keçidlər olsa da nədənsə hələ də bəzi vətəndaşlar bu keçidlərdən istifadə etməyə vərdiş edə bilmir. Buna inzibati qaydada müdaxilə olsa da cərimələr tətbiq olunsa da yenə də sakinlər piyada keçidini qoyub avtomobillərin şütüdüyü yolla keçməyə üstündük verirlər. Keçidlər birbaşa insanların təhlükəsizliyini təmin etmək üçün inşa olunsa da piyada üzünə demək olar ki, həsrətdir. Keçidlərdən istifadə etməyənlər öz sağlamlıqlarının qeydinə qalmamaqla yanaşı, həmdə sürücüləri də risk altına atırlar.
Piyadaların heç də hamısının piyada keçidlərindən istifadə etməmələri sonda onların ölümü ilə nəticələnir. Bunun nəticəsidir ki, ilin əvvəlindən bu günə qədər piyadaların iştirakı ilə 533 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 192 nəfər dünyasını dəyişib, 384 nəfrə isə xəsarət alıb.
Xarici ölkələrdə elə qonşu Rusiyada piyada keçidinə yaxın ərazidə əgər qəza baş verirsə və piyada dünyasını dəyişirsə, burada günahkar sürücü yox, piyada olur. Sürücüyə heç bir cərimə tətbiq etmədən hadisə yerindən uzaqlaşmasına imkan yaradırlar. Baş vermiş ölüm halı ilə bağlı məhkəməyə isə sürücü günahsız olduğu üçün çağırılmır. Amma bizdə vəziyyət bir qədər fərqlidir. Piyadnın günahı olsa belə sonda yanan sürücü olur. Ekspertlər isə cərimələrə rəğmən keçidlərin istifadəsiz qalmasının səbəbini maarifləndirmə işlərinin az olması ilə əlaqələndirirlər.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin açıqladığı rəsmi statistikaya görə, ilin əvvəlindən bu günə qədər 120 mindən artıq piyada keçidlərdən istifadə etmədiyi üçün cərimələnib. Hazırda bu sahədə işlər davam etdirilir. BDYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, baş verən hadisələrin 70%-dən çoxu elə piyadaların öz səhlənkarlığı ucbatından baş verir.
Bir sözlə hər kəs öz sağlamlığının qayğısına qalaraq məsuliyyətli olmalıdır. Əgər sizdə həyatınızı təhlükə altına atmaq istəmirsinizsə, piyada keçidlərindən istifadə edin. Əks halda getdyiniz yer sizin son mənziliniz ola bilər.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












