Bakıda yolu keçən qadınları maşın vurdu

Qəzalar 3 Sentyabr 2023 10:13
Bakıda yolu keçən qadınları maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçən 1984-cü il təvəllüdlü Hacıyeva Fəxrəndə Məmməd qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Fakt araşdırılır.

***

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rəsulzadə qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Bağırova Tamara Yezgey qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli inci və bazu sümüklərinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 958
ŞƏRH YAZ
Ad

E-mail

Şərh