Bakıda yük, Kürdəmirdə minik avtomobili yanıb

Qəzalar 16 May 2021 19:59
Bakıda yük, Kürdəmirdə minik avtomobili yanıb
WhatsApp kanalımıza abunə olun

Bakı şəhərində yük, Kürdəmir rayonunda minik avtomobili yanıb.
Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmir rayonunun Yenikənd kəndində isə "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunub : 1536
ŞƏRH YAZ
Ad

E-mail

Şərh