Bakının mərkəzində "Zaporojets" yandı, sürücü qaçdı

Ötən gecə Bakının Nəsimi rayonu ərazisində Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələrinin kəsişməsində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkətdə olan "Zaporojets" markalı avtomobilin sürücüsü işıqforun qadağanedici işığına məhəl qoymayıb. Bu vaxt Səməd Vurğun küçəsi ilə hərəkətdə olan və Kəramət Haşımova məxsus "Mercedes"lə qaydanı pozan avtomobil toqquşub. Toqquşmadan sonra "Zaporojets" səkiyə çırpılıb və yanmağa başlayıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücü və avtomobildəki sərnişin yanan maşını qoyaraq hadisə yerindən qaçıblar. Ətrafdakı şəxslər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan maşını söndürüblər. Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları qəzaya səbəb olan sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparırlar.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












