Bayram günü faciəsi; nişana bir gün qalmışdı - DƏHŞƏT
Qəzalar
20 Mart 2015 18:51

Gənc sürücü nişanlısı ilə birlikdə yol qəzasında dünyasını dəyişdi
Bu gün Xaçmaz rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu gün saat 11 radələrində Xudat-Nabran yolunda “Mercedes” markalı 40 BL 270 nömrə nişanlı avtomobil sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtomobil yol kənarındakı avtoyuma məntəqəsinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü İlqar Əli oğlu Əliyev hadisə yerində ölüb. Onun sərnişini 2000-ci il təvəllüdlü Fatimə Kamran qızı Yahyayeva ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Hafiz Əliyevin verdiyi məlumata görə, avtomobilin sürücü İlqar Əliyevin sabah nişanı olacaqdı. Onun yanındakı sərnişin isə onun nişanlısı olub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 4569
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
ŞƏRH YAZ












