Benzin daşıyan qatar relsdən çıxdı; Yanacaq sızması baş verib

Rumıniyanın cənub-qərbində 1300 ton benzin daşıyan yük qatarı qəzaya uğrayıb.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, qatarın beş vaqonu relsdən çıxıb, ikisi aşıb və yanacaq sızması baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər, jandarm və polis əməkdaşları təhlükəsizlik tədbirləri görüblər - yüksəkgərginlikli elektrik xətti kəsilib, insanlar hadisə yerindən təxliyə edilib. Ərazidə dəmir yolu hərəkəti dayandırılıb, nəqliyyat vasitələrinin axını başqa istiqamətə yönləndirilib.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsindən bildirilib ki relsdən çıxan vaqonlardan yanacağın götürülməsi böyük ehtiyatlılıq və xüsusi texniki vasitələr tələb edir. Yəni, söhbət uzun sürən və partlama riski olan mürəkkəb əməliyyatdan gedir.
Dəmir yolu qəzasının səbəblərini təhqiq etmək üçün komissiya yaradılıb.
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO












