Bərdədə polisləri vurub əzdilər

Bərdə rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, dünən Bərdədən Ağcabədiyə gedən yolda “VAZ 2107” markalı avtomobil velosipedlə hərəkətdə olan 15 yaşlı oğlanı vurub.
Dərhal hadisə yerinə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən başqa bir “VAZ 2107” markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb.
Nəticədə məlum fakt üzrə araşdırma aparan müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sadıqov və mülki vətəndaş Zaur Sarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Z.İsmayılov dərhal təcili tibbi yardım maşını ilə Bakıya göndərilib və əməliyyat olunub.
Müstəntiqi, eləcə də digər şəxsləri vuran avtomobilin sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












