TƏBİB-dən Biləsuvarda baş vermis qəza ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - FOTO

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.
Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:
“Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”.
Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.
10:30
Bu səhər Biləsuvar rayonunda 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.
Apa-nın verdiyi məlumata görə hadisə köhnə Ələt Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“BMW” markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub. Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.
09:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO


















