Bir ailə qəzaya düşdü, sürücü öldü

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə magistral yolun Ağdaş rayonu, Qaradeyin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Abbasov Dursun Nizami oğlunun idarə etdiyi 20-DJ-968 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn “Ford” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü D.Abbasov aldığı xəsarətlərdən ölüb, onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abbasova Söhbət Kazım qızı və sərnişini, Samux sakini, 1954-cü il təvəllüdlü Yusubova Tərbiyə Murad qızı ağır bədən xəsarətləri ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda T.Yusubova xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətindədir, S.Abbasovanın vəziyyəti isə orta-ağırdır. Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar. Onlar deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












