Bir ailənin 3 üzvünü maşın vurdu: 8 yaşlı qız öldü

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə fevralın 5-də, gecə rayonun Şıxəkəran kəndi ərazisində qeydə alınıb. Masallı rayonunun Mololon kənd sakini, 1989-cu il təvəllüdlü Saleh Etibar oğlu Rzayev idarə etdiyi “VAZ-2107” markalı, 44 BH 400 dövlət nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən piyadalar - bir ailənin üzvü olan kənd sakinləri, 1976-cı il təvəllüdlü Oruc Sədaqət oğlu Rəhimovu, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Elnarə Məmməd qızı Rəhimovanı və onların 2007-ci il təvəllüdlü qızları Tünzalə Rəhimovanı vurub. Güclü zərbədən 8 yaşlı Tünzalə Rəhimova hadisə yerindəcə dünyasını dəyişib. O. Rəhimov və E. Rəhimova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan hər iki yaralıya müvafiq tibbi yardım göstərilib, onların vəziyyəti ağırdır. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR















