Bir ailənin iki üzvü qəzaya DÜŞDÜ: Son vəziyyətləri AÇIQLANDI - YENİLƏNİB

Sabunçu rayonu, Balaxanı yolu ərazisindən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 30-u, saat 20:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 44 yaşlı (kişi cinsli) şəxs, 41 yaşlı (qadın cinsli) şəxs və 60 yaşlı (qadın cinsli) şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.
1965-ci il təvəllüdlü şəxsə müştərək travma, 1984-cü il şəxs alt çənə sümüyünün travması təyin edilib və Travmatologiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabil qiymətləndirilir.
1981-ci il təvəllüdlü şəxs isə sol bud sümüyünün sınığı və yanaşı diaqnozlar təyin edilib və Cərrahi profilli Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***30 aprel 23:55
Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Çiçəkli kəndində qeydə alınıb.
Belə ki, “Priora” markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara şıxıb. Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı rayonun Cəngan kənd sakinləri; 1998-ci il təvəllüdlü Məmmədov Raqif Telman oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Məmmədov Elşad Telman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şabranda yük və minik avtomobilləri toqquşdu: Ölən var
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB










