«Bircə onu gördüm ki, avtobus dəydi» - «Prado» bu hala düşdü - VİDEO

Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. 5 nömrəli xətt üzrə hərəkət edən, «Daewoo» markalı, 10 TG 743 dövlət nömrə nişanlı avtobusla «Prado» markalı minik maşını toqquşub. Hadisə Səbail rayon Məhkəməsinin qarşısındakı yolayrıcında baş verib. Avtobus Bayıl dairəsində üzü şəhərə tərəf hərəkət edərkən «Prado» qəflətən məhkəmə binasının yan tərəfindəki yoldan onun yoluna çıxıb. Avtobus sürücü qəzadan yayınmaq üçün avtobusu sağa çəkdikdə isə səkiyə çıxıb və işıq dəriyəni aşıraraq parkın hasarına dəyib. Yalnız bundan sonra dayanan avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.
Hadisə təcili yardım stansiyasının yaxınlığında baş verdiyi üçün həkimlər dərhal olay yerinə yaxınlaşıblar. «Prado»nun sürücüsü baş nahiyyəsindən xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib.
Hadisə yerində Avtosfer.az-ın əməkdaşı isə söhbət edən «Prado»nun sürücüsü avtobus sürücüsünü günahlandırıb. O bildirib ki, avtobus yüksək sürətlə hərəkət edirmiş: «Mən yola çıxında bircə onu gördüm ki, avtobus dəydi. Sonra nə baş verdiyini bilmədim. Heç xəbərim olmadı ki, maşın necə fırlanıb yolun qırağına düşüb. Bir də ayıldım ki, həkimlər mənə kömək edir».
Avtosfer.az-ın məlumatına görə, qəza nəticəsində avtobusa və «Prado»ya ciddi ziyan dəyib. Avtobus sürücüsü isə sükan arxasında sıxışıb qaldığı üçün ayaqları qırılıb və onu təcili yardımla xəstəxanaya aparıblar.
Qeyd edək ki, qəza baş verən ərazidə «təhlükəsiz şəhər» kamerası var. Hadisə yerinə Səbail rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. Avtobus sürücüsünün yaxınları «Prado» sürücüsünü, sonuncu isə avtobus sürücüsünü günahlandırır. Şahidlər isə avtobusun yüksək sürətlə hərəkət etdiyini bildirirlər.
Ramil
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO












