Banner

Məşhur müğənninin olduğu təyyarə ALOVLANIB - FOTO - VİDEO

Qəzalar 14 Sentyabr 2026 11:11
Məşhur müğənninin olduğu təyyarə ALOVLANIB  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Göyərtəsində səkkiz nəfər olan ikimühərrikli "Cessna 550" biznes-ceti Parelyas şəhərinin hava limanında uçuş-enmə zolağından kənara çıxaraq alovlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "G1" internet portalı məlumat yayıb.

Bildirilib ki, təyyarədə pilot, onun köməkçisi, həmçinin Braziliya musiqiçisi Rey Vakero (əsl adı David Linyares) və sənətçinin planlaşdırılan konserti üçün Parelyasa gələn beş nəfərlik komandası olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb, ekipaj və sərnişinlər yanan hava gəmisini vaxtında tərk edə biliblər.

Bildirilir ki, yanğının söndürülməsi beş saat çəkdiyi üçün alov təyyarəni tamamilə məhv edib. Qəza iştirakçıları müayinə olunmaq üçün yerli xəstəxanaya çatdırılıblar. Hadisənin başvermə səbəbləri öyrənilir.

bax.tvhttps://player.bax.tv/embed/226973.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

FOTO QALEREYA
Oxunub : 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh