Bu ilin 10 ayında Bakıda 110 piyadanı avtomobil vuraraq öldürüb

"Respublika ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, son dövrlər piyada vurma hadisələrinin sayında artım dinamikası müşahidə olunmaqdadır. Statistik göstəricilərə əsasən, cari ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 41,6 faizini təşkil edir. Təkcə Bakı şəhəri üzrə bu göstəricinin 63,9 faiz təşkil etməsi isə ciddi narahatlıq doğurur. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 239 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 110 nəfər həlak olub, 147 nəfər isə yaralanıb".
Bu barədə Avtosfer.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən bildirilib.
"Lakin, bu qəbildən olan yol-nəqliyyat hadisələrinin təhlili onu da deməyə əsas verir ki, yol hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadaların məsuliyyət baxımından məsələyə münasibəti həmişə birmənalı olmur. Piyadavurma hadisələrinin profilaktikası sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə birgə aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin geniş vüsət almasına baxmayaraq, təəssüf ki, hələ də öz həyat və sağlamlığına biganə qalan, özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün real təhlükəyə yaradan piyadaların sayı az deyil.
Payız-qış mövsümünün gəlişini də nəzərə alaraq, bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmağı, əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edirik.
Piyadalar qulaqlıqdan istifadənin ətraf mühitlə əlaqəni əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə almalı, yolu keçərkən nizamlama vasitələrinin tələblərinə sözsüz əməl etməli, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməli, sürücülərin onlara yol verdiklərinə tam əmin olduqdan sonra hərəkətə başlamalı, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmaqdan çəkinməlidirlər.
Əziz piyadalar! Sadalanan yol hərəkəti qaydalarına riayət etməklə, uşaq və yeniyetmələrə örnək, həyat və sağlamlığımız üçün isə etibarlı zəmin yaratmış olarıq" - idarənin açıqlamasında bildirilib.
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - ANBAAN VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO











