Bu qəza sağ qalmaq üçün deyildi - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, sürət avtomobili havaya uçdu, sürücü bu qəzadan möcüzə nəticəsində sağ çıxdı. Amerikalı Leri Dikson təhlükə ilə üzləşdiyi qəzada bəlkə də həyatının ən uğulu saniyələrini yaşayıb. Dəhşətli qəza, ABŞ-ın Qeynsvil şəhərində keçirilən Avto-plas sürət yarışında qeydə alınıb.
Bu yarışda iştirak edən xüsusi sürət avtomobilləri saatda azı 400 km sürətlə hərəkət edir. Finiş xəttinə yaxınlaşdıqda sürət o qədər çox olur ki, sürücülər maşını saxlamaq üçün paraşütdən istifadə etməli olurlər. Amerikalı Lerri Dikson bu yarışların ən təcrübəlilərindən sayılır. Bu vaxta qədər 3 dəfə çempion olan Lerri, ilk dəfə bu qədər dəhşətli mənzərə ilə qarşılaşıb.
Qəzadan möcüzə nəticəsində sağ çıxmaq bir yana, Lerrinin heç burnu da qanamayıb. Mühafizə səddinə çırpılıb yerə düşən, parça-parça olan avtomobildən çıxan sürücü əlini havada yelləyərək, qəzanın şokunu yaşayan tamaşaçıları salamlayıb.
Bu qəza belə, təcrübəli sürücünün gözünü qorxutmayıb. O, mübarizəsini başqa yarış avtomobili ilə davam etdirir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












