Bu qəzadan necə sağ çıxmaq olar? - VİDEO

Yük maşınının əyləc sistemi xarab oldu, amma sürücü dəhşətli qəzadan möcüzə nəticəsində sağ çıxdı. İzləyənləri dəhşətə gətirən olay Çinin Hubey vilayətində baş verib. Sürətlə hərəkət edən yük maşınında baş verən texniki nasazlıq sürücünü ölümün pəncəsinə atıb.
Avtosfer.az atvxəbər-ə istinadən məlumat verir ki, qəza baş verməzdən əvvəl tuneldə təmir işləri aparmalı olan işçilər yolu yük maşını, su və qum çəlləkləri ilə bağlayıb. Yüksək sürətlə hərəkət edən yük maşınının sürücüsü nəqliyyat vasitəsini dayandırmaq istəsə də, əyləc sistemi işləməyib. Əvvəl su çəlləklərinə, daha sonra qum torpabalarına çırpılan yük maşını, gəldiyi sürətlə də tunellə toqquşub. Nəticədə sürücü kabiəsi yumaq kimi əzilib. Amma xoşbəxtlikdən sürücü və yanında əyləşən sərnişin tanınmaz hala düşən kabinədən sağ çıxıb. Möcüzə nəticəsində sağ qalan sürücü sayıqlığı ilə başqa insanların həyatını da xilas edib. O, yük maşınını tunelin girişindəki nəqliyyat vasitələrinə çırpılmağa qoymayıb. Qəzadan sonra tanınmaz hala düşən yük maşını ərzidən uzaqlaşdırılıb. Polis sürücü barədə inzibati tədbirlər görüb.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












