Buzlu yolda maşın dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb – FOTO

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. "Mercedes" markalı, 90 TR 273 dövlət nömrə nişanlı avtomobil prospektin Əhməd Rəcəblıi küçəsində işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Elcan Abdullayev və onun qohumu, 1995-ci il təvəllüdlü Arzu Abdullayeva xəsarət alıblar. Yaralılar maşında sıxışıb qaldıqlarından əraziyə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilıasediciləri cəlb ediliblər. Xəsarət alanlar avtomobildən çıxarılıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin ehtimala görə, yol buz bağladığından sürücü idarəetməni itirib və maşını dirəyə çırpıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














