Çeçenlər Bakıda ağır qəzaya düşdülər; ölən var - VİDEO

Bakıda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Sürücü Elnur Məmədov idarə etdiyi “Ford" markalı mikroavtobusla üzü Lökbatan istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək maşını yolun təmir olunan hissəsinə qoyulan beton piltələrə çırpıb. Qəza nəticəsində Çeçenistan vətəndaşı, 57 yaşlı Açmazova Kurcan aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Sürücü Elnur Məmmədov və maşında olan daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər Klinik xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Araşdırmalar nəticəsində məlum olub ki, ölən və yaralanan sərnişinlər Çeçenistan Respublikasının vətəndaşlarıdır. Onlar Bakıya "Sədərək" ticarət mərkəzinə alış-veriş üçün gəliblərmiş. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















