Çində helikopter qəzası - Ölən və yaralananlar var
Qəzalar
3 May 2025 10:35

Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində baş vermiş helikopter qəzası nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, “Robinson R44 II” tipli helikopterin pilotu eniş zamanı idarəetməni itirib və hava nəqliyyatı vasitəsi təxminən 10 metr hündürlükdən yerə çırpılıb. Hadisə nəticəsində helikopterdə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı yerdə olan bir nəfər isə həyatını itirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb və onların həyatına təhlükə olmadığı bildirilir.
Hazırda əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.
Oxunub : 708
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 22:48
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
17 Noyabr 2026 17:00
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
17 Noyabr 2026 13:45
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO
17 Noyabr 2026 11:53
100 nömrəli avtobus yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
17 Noyabr 2026 11:14
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO
17 Noyabr 2026 11:06
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
17 Noyabr 2026 10:53
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
17 Noyabr 2026 09:48
Xaçmazda AĞIR QƏZA: Ölən və yaralılar var
16 Noyabr 2026 19:49
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
16 Noyabr 2026 14:18
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
16 Noyabr 2026 11:41
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
15 Noyabr 2026 17:12
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ












