"Daewoo" piyadanı vurub öldürdü - FOTO

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə magistral yolun 20-ci km-də, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb. Məmmədov Rahil Adil oğlu taksi kimi idarə etdiyi "Daewoo" markalı minik maşını ilə piyadanı vurub. Hələlik kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun təxminən 25-30 yaşlarında olduğu bildirilir. Şahidlərin sözlərinə görə, mərhum yaxınlıqda fəhlə işləyirmiş və hər gecə eyni yolla evinə qayıdırmış. Rahil Məmmədovun dediyinə görə, yol boyu işıqlandırılma olsa da, məhz piyadanın vurulduğu nöqtə kifayət qədər qaranlıq olub. Mərhumun meyiti müayinə və şəxsiyyətinin dəqiqləşdirilməsi üçün məhkəmə tibb ekspertizasına göndərilib. Yol qəzasının dəqiq hansı şəraitdə baş verməsi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















