Dairəvi yolda qayda pozdu: ağır qəzada 2 nəfər yaralandı
Qəzalar
6 Yanvar 2015 23:26

Qəza yolda tıxacın yaranmasına səbəb olub
Bu gün axşam saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Elçin Əsədovun idarə etdiyi "Mercedes" və Süleyman Hacıyevin idarə etdiyi "Lada" markalı avtomobillər toqquşub. "Mercedes" markalı avtomobil yolun qadağan olunmuş hissəsindən dönmək istəyib, bu zaman arxadan gələn "Lada" ona çırpılıb. Qəza nəticəsində "Lada"nın sürücüsü ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. " Mercedes"in sürücüsü isə yüngül bədən xəsarətləri alıb. Hadisədən sonra əraziyə yol polisi əməkdaşları cəlb edilib. Qəza yolda tıxacın yaranmasına səbəb olub.
Oxunub : 1857
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ

















