DƏHŞƏT! Əbdül Xalid ailəsi ilə ağır qəzaya düşüb

Müğənni Əbdül Xalid yenidən avtomobil qəzasına düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə ifaçı "Xəbərin var?" verilişində bildib. O, hadisə zamanı ailəsi ilə birlikdə taksidə olduğunu bildirib:
"Bu yaxınlarda həyat yoldaşım və uşaqlarımla birlikdə taksidə gedirdik. Bir maşın gəldi, bizim avtomobilimizə necə dəydisə, onu aşırdı. Hamımız içində idik. Hadisə 1 həftə əvvəl olub. Bizi oradan insanlar çıxardı. Sürücünün vəziyyəti ağır idi, çox xəsarət almışdı. Şok bir vəziyyət idi. Onu təcili yardımla apardılar. Xəstəxanadan mənə də zəng edib maraqlanmışdı. Günah qarşı tərəfdə idi. Avtomobilin ön paneli sinəmin qabağına qədər çatmışdı. Yoldaşımın da qolu bir az zədələnmişdi. Şükür olsun ki, uşaqlara heç nə olmadı. Onlar çox qorxmuşdular.
İnsanlara təşəkkür edirəm. Maşınlardan, avtobuslardan düşüb bizə yardım etdilər".
Qeyd edək ki, müğənni bu yaxınlarda da avtomobil qəzasına düşmüşdü. Hadisə zamanı onun avtomobili yararsız hala düşmüşdü.
(axşam.az)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












