Dəhşətli qəza: «06» bir neçə hissəyə ayrıldı

Cəlilabad rayonunda ölümünə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Kənd sakini Teymur Məmiş oğlu Yadigarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn rayon sakini Asim Alixan oğlu Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil bir neçə hissəyə ayrılıb. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü və sərnişini Seymur İlqar oğlu Qarayev hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobildə olan digər sərnişinlər - Rəvan İlham oğlu Ağazadə, Xəyal Camaləddin oğlu Mirzəxanov və həmçinin “Mercedes”in sürücüsü Teymur Yadigarov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, hadisə “VAZ-2106” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












