Dəhşətli qəza: sürücü ölüb, daha 6 nəfər yaralanıb

Paytaxtda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib İyunun 1-i saat 21 radələrində Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rüstəmov küçəsində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Ceyhun İsmayılovun idarə etdiyi «Lada Priora» və 1987-ci il təvəllüdlü Zahid Hacıyevin idarə etdiyi «Opel Vektra» markalı avtomobillər toqquşub. Nəticədə, C.İsmayılov, sərnişinləri 1966-cı il təvəllüdlü Oqtay Cabbarov, 1994-cü il təvəllüdlü Fərid Kərimov, Z.Hacıyev, sərnişinləri Astara rayon sakinləri 1987-ci il təvəllüddən olanlar İlyas Nuriyev, Ziyarət Mirzəyev və 1992-ci il təvəllüdlü Ceyhun Hacıyev xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib. 39 yaşlı Ceyhun İsmayılov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












