Dəhşətli qəzada ölənlər iki qardaş və ana-oğul imiş – FOTOLAR

Masallı rayonunda dəhşətli yol-nəqliyyat qəzasında ölən və yaralananların kimliyi məlum olub. APA-nın məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində Ələt - Astara magistralının 159-cu kilometrliyində, rayonun Binə-Xocavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan “Nissan” markalı, 10 ON 465 dövlət nömrə nişanlı avtomobillə Ələt istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı, 15 BN 751 dövlət nömrə nişanlı avtomobil toqquşub. Güclü zərbə nəticəsində “VAZ-21099” markalı avtomobildə olan iki qardaş, Cəlilabad rayon sakinləri, 40 yaşlı Mahir Ağalı oğlu Teymurov və 53 yaşlı Mütalib Ağalı oğlu Teymurov aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan bir ailənin 4 üzvündən biri, Yardımlı rayon sakini, 48 yaşlı Gövhər Ağa qızı Mahmudova da hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı, 49 yaşlı İsmayıl Nəzərxan oğlu Sadıyev, övladları - 21 yaşlı Mövlud və 19 yaşlı Maqsud Sadıyevlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Mövlud Sadıyevin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə yola salınıb. Lakin M.Sadıyev yolda dünyasını dəyişib. İlkin versiya kimi hadisənin “VAZ-21099” markalı avtomobilin qarşı yola çıxması nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO


















