Demet Akalın yaxtada qəza keçirdi, başı əzildi – VİDEO

Türkiyənin məşhur müğənnisi Demet Akalın bədbəxt hadisə ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, ötən axşam Didimdə konsert vermək üçün məkana dəniz yolu ilə gedən sənətçinin olduğu yaxta estakadaya çırpılıb.
Uzun müddət şokdan çıxa bilməyən Akalın yaşadıqlarını videoaçıqlama şəkildə çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Alnındakı şişkinliyi göstərən Demet Akalın bir dostunun da əlinin əzildiyini deyib:
“Yaxşıyam, narahat olmayın. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tərk etmək istəmədim. Çox pis yaxta qəzası keçirdik. Mən əslində, gecələr bu növ nəqliyyat vasitəsindən istifadə etmirəm, amma onunla məkana 20 dəqiqəyə çatacaqdıq. Yaxta saniyələr içində batdı. O yaxtadan necə sağ çıxdıq, hələ də anlamıram. Verilmiş sədəqəmiz var imiş.
Fanatlarım da heç yerə getməyib, məni gözləyiblər. Sağ olsunlar. Mən yaxşıyam. Bodruma geri dönürəm. Təbii ki, müraciətim olacaq. Təcili yardım çağırdıq, bir müddət gəlmədi. Təcili yardımın neçə dəfə çağırıldığını qeyri-müəyyən xatırlayıram. Allah o əczanədən razı olsun. İlk tibbi yardım göstərdi.
Dostumuzun bir barmağı əzilmişdi. Yalıkavak Marinada estakada işıq yandırsaydınız, insanlar belə qəribə qəzaya düşməzdilər və travma almazdılar. Çoxlu mesajlar almışam. Yaxtalara xidmət edən qayıqçı bizi təsadüfən xilas etdi. Allah uşaqları qorusun”.
Bizim.Media
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












