Reklam

Diqqət! Paytaxtın məşhur küçəsində dəhşətli qəzalardan qorunun – VİDEO

Qəzalar 21 Aprel 2014 00:00 Oxunub 2733
Diqqət! Paytaxtın məşhur küçəsində dəhşətli qəzalardan qorunun – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İzləyin və həmin yolan keçərkən ehtiyyatlı olun!

İzlədiyiniz bu yol qəzaları Nərimanov rayonu ərazisində - Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində baş verir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzaların görüntülərini ona görə təqdim edirik ki, həm aidiyyatı qurumlar izləyib tədbir görsünlər, həm də yolu oradan keçən syrücülər diqqətli olsunlar. Qeyd etmək yerinə düşər ki, bu yol nəqliyyat hadisələrinin baş verdiyi ərazi Prezident iqamətgahının qarşısıdır. Gördüyünüz yol qəzalarının baş verməsinin bir səbəbi var ki, o da həmin ərazidə, yəni kəsişən yolda yol hərəkətinin düzgün nizamlanmamasıdır. Belə ki, Koroğlüu Rəhimov küçəsi ilə hərəkət edərkən yol kəsişməsində bəzi sürücülər sola, yəni, Həsən Əliyev küçəsinə küçəsinə dönürlər. Bu zaman Prezident iqamətgahı tərəfdən düzünə şərəkət edən nəqliyyat vasitələri ilə toqquşmalar baş verir. Orada dönmə əməliyyatı aparmağa icazə verilib-verilməməsi başqa məsələdir. Əsas odur ki, bunu qadağan edən yol nişanları düzgün tətbiq edilmir. Burada yalnız svetaforla tənzimlənən yolda bəzi sürücülər məsuliyyətsizlik edirlər. Bu da yenə yol nişanlarının və ya nişanlanma xətlərinin düzgün tətbiq olunmaması ilə bağlıdır. Qəzaya uğrayan, daha doğrusu, sola dönərək qəza şəraiti yaradan sürücülər isə bunu yadda saxlamalıdırlar ki, istənilən halda dönmə əməliyyatı aparılarkən üstünlük nişanı yoxdursa, sağdan şərəkət edən nəqliyyat vasitəsinə yol vermək lazımdır. Bunun üçün akademiya oxumaq lazım deyil. Yol polisi isə həmin ərazidəki problemi, yəni, qəzaların baş verməməsini həll etmək üçün yol nişanlarının və nişanlanma xətlərinin təkmilləşdirilməsinə çalışmalıdır. Çünki bu cür problemlər Bakının müxtəlif yerlərində mövcuddur. Və hər gün də bu videomateraldan göründüyü kimi, yol polisinin gözü qarşısında bu cür ağır qəzalar baş verir.

 

 

Seymur

ŞƏRH YAZ
Ad

E-mail

Şərh