Döngəyə sürətlə girən avtomobil TIR-la toqquşdu; 3 ölü, 5 yaralı - FOTOLAR

Türkiyənin Tokat vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Tokat-Erzincan D-100 avtomagistralının Rəşadiyə rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Köksal Qaya idarə etdiyi 60 RC 560 qeydiyyat nömrə nişanlı avtomobillə, sürətlə daxil olduğu döngədə sükan idarəetməsini itirib və hərəkətin əks istiqamətinə çıxaraq qarşıdan gələn TIR-la toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.
Qəza nəticəsində 3 nəfər (Köksal Qaya, Özləm Gürbüz, Fatma Dəmir) ölüb, 5 nəfər (Yeşim Kuzucu, Nurgül Akpınar, Cansel Qorxmaz, Seda Yıldız və TIR sürücüsü Ayhan Gündüz) isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev









Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












