Dörd yol ayrıcında qəza: “FORD” “Mercedes”ə girdi - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, yol qəzası Aşıq Molla Cümə küçəsində qeydə alınıb.
Dörd yol ayrıcında “STOP” nişanına məhəl qoymayan “FORD” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsi ilə digər yola keçərkən kəsişmədən keçən “Mercedes” markalı nəqliyyat vasitəsi ona çırpılıb.
Zərbənin gücündən “FORD” yolayrıcı betona və işıq dirəyinə dəyib. Qəza nəticəsində “Mercedes”in sürücüsü Ağamir Məmmədov xəsarət alıb.
Hadisə şahidləri isə baş verən qəzanı ərazidə işıqforun olmaması və küçənin işıqlandırılmaması ilə əlaqələndirib.
Ramil Quliyevin APA-ya verdiyi məlumata görə, iki gün əvvəl bu ərazidə oxşar qəza baş verib.
Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşaları cəlb edilib. Avtoekspertiza təyin edilib.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO












