Dünyada yol terroru: Hər 24 saniyədə bir nəfər ölür

Hər 24 saniyədə avtomobil qəzalarında bir nəfər dünyasını dəyişir. Əslində yol nəqliyyat qəzaları uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbidir.
Avtosfer.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı BMT-nin təşəbbüsü ilə 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi ilə bağlı çıxış edərkən deyib.
H.Harmancı bildirib ki, iki il öncə Bakı Nəqliyyat Agentliyi ilə birlikdə planını qurduqları fəaliyyətlərin bu gün həyata keçirilməyə başlandığını görmək sevindirici haldır:
“Bundan əlavə, 20-50 milyon arasında insan qeyri-ölümcül xəsarətlər alır və onlardan bir çoxu aldığı zədələr nəticəsində əlil olur. Yüksək sürət yol nəqliyyat hadisələrində alınan xəsarətlərin əsas səbəbidir, yüksək gəlirli ölkələrdə yollarda hər üç ölümdən biri sürətlə əlaqələndirilir. Hesablamalara görə, nəqliyyat vasitələrindən istifadə edərkən insanların təxminən 40-50 faizi sürət həddini aşır, sürət aşağı salındıqda isə ölüm və xəsarət alma riski xeyli azalır.
2020-ci ilin əvvəllərindən etibarən COVID-19 qapanmaları və evdə işləyən insanlar səbəbindən nəqliyyatda hərəkətlilik azalıb. Bu, daha az avtomobil qəzasına səbəb olub. Lakin ölüm halları eyni nisbətdə azalmayıb, çünki insanlar daha yüksək sürətlə hərəkət edirlər. Yol nəqliyyat qəzaları əksər ölkələrdə ümumi daxili məhsulun 3 faizi nisbətində başa gəlir. Yol nəqliyyat qəzalarının qarşısını almaq mümkündür”.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












