DYP işçisi yük maşınını saxladı - digər "Kamaz" ona çırpılaraq aşdı - FOTO

Göyçay rayonunda iki yük avtomobili bir-birinə çırpılıb.
Avtosfer.az xəbər verir ki, bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində 31-BC-781 dövlət nömrə nişanlı "Kamaz" markalı yük avtomobili hərəkətdə olarkən sürücü ərazidə xidmət aparan DYP əməkdaşının qayda pozuntusuna görə verdiyi saxla əmrinə tabe olaraq nəqliyyat vasitəsini dayandırıb.
Onun arxası ilə sürətlə gələn 50-BH-512 dövlət nömrə nişanlı digər "Kamaz" markalı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün qarşıdakı yük avtomobilinə çırpılıb. Nəticədə qarşıdakı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Mişar daşı ilə dolu olan bu nəqliyyat vasitələrinin icarə əsasında iki qardaş tərəfindən idarə olunduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Unikal
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO










