Ələt yolunda baş verən dəhşətli qəzada xəsarət alanların son durumu AÇIQLANDI

"Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.05.2024-cü il tarixində saat 19:18-də Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub:
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alandan birinin - 41 yaşlı şəxsin (cinsi qadın) həkiməqədər ölümü qeydə alınıb.
Xəsarət alanlardan 36 yaşlı şəxsə (cinsi kişi) döş qəfəsinin küt travması, dodağın çapılmış yarası, 34 yaşlı şəxsə (cinsi kişi) isə qapalı kəllə-beyin travması, sağ qolun sıyrılmış yarası diaqnozu qoyulub və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar". (oxu.az)
....................
Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qadın sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü ölüb, üç nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Qəzanın başvermə səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Oxu.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












