Azərbaycanda oğul evlilik sualına görə anasını DÖYDÜ

Xırdalan şəhərində 24 yaşlı oğlan anasına xəsarət yetirib.
Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M. Əzizbəyov küçəsində yerləşən "N" saylı mənzildə baş verib.
2002-ci il təvəllüdlü Əziz (ad şərtidir - red.) anası Fatimənin (ad şərtidir - red.) ona ailə həyatı qurmağı tövsiyə etməsindən sonra yaranan mübahisə zamanı qadına xəsarət yetirib.
Belə ki, Əziz anasına əsəbiləşərək onun üzərinə hücum edib. O, əlləri ilə Fatimənin qollarından tutaraq sıxıb, daha sonra qadının qol və sinə nahiyələrinə əl və yumruq zərbələri endirib.
Əziz daha sonra anasının qollarından tutaraq onun sol kürək və ayaq nahiyələrini evin divarına vurub. Nəticədə Fatimə müxtəlif xəsarətlər alıb.
Əziz barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə - qəsdən sağlamlığa zərər vurma - ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Əziz ittiham üzrə özünü təqsirli bilib. O, son vaxtlar anası ilə evlənməsi ilə bağlı aralarında mübahisələr olduğunu deyib:
"Məlum hadisə günü səhər saat 08 radələrində anam yenə də nə zaman evlənəcəyimi soruşdu. Mən də əsəbi halda anama "evlənməyəcəm!" cavabını verdim. Sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşdim və anamın üzərinə gedərək əllərimlə onun qollarından tutub sıxdım və buraxdım. Sonra əlimlə ona vurdum, ardınca əllərimlə sinəsindən itələyərək evin divarına vurdum. Bundan sonra evdən getdim".
Əziz ifadəsinin sonunda anasından üzr istədiyini, onunla barışdığını və Fatimənin şikayət və tələbinin olmadığını bildirib.
İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, oğlu subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. O bildirib ki, söhbət zamanı Əzizə iş tapmağı və evlənməyi tövsiyə edib. Lakin oğlu evlənmək istəmədiyini deyib.
Fatimə bildirib ki, hadisə günü saat 08 radələrində evdə yenidən oğluna evlənməyi tövsiyə edib:
"Əziz isə "evlənməyəcəm, əl çək məndən" cavabını verdi. Bu zəmində aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək üzərimə gəldi və mənə xəsarət yetirdi".
Fatimə də ifadəsinin sonunda oğlunun ondan üzr istədiyini, onunla barışdığını və Əzizə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Əziz cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT












