Ələtdəki dəhşətli qəzada ölən və xəsarət alan şəxslərin adları açıqlandı – SİYAHI + VİDEO

“28 may saat 19:00 radələrində Bakı-Qazax yolunun 70-ci kilometrliyində, Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib. “Hadisə Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Ülfət Əşrəfovun idarə etdiyi "Mercedes" markalı 90-SG-844 nömrə nişanlı avtomobilin Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Təbriz Şahbazovun idarə etdiyi "KamAZ" markalı 02-BV-725 nömrə nişanlı yük avtomobilinə çırpılması nəticəsində baş verib.
Nəticədə "Mercedes" markalı avtomobilin sərnişini Goranboy rayon sakini 1983-cü il təvəllüdlü Elnarə Əmrahova hadisə yerində dünyasını dəyişib, sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, - deyə R. Tağıyev bildirib.
---10:45---
"Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.05.2024-cü il tarixində saat 19:18-də Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub:
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alandan birinin - 41 yaşlı şəxsin (cinsi qadın) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alanlardan 36 yaşlı şəxsə (cinsi kişi) döş qəfəsinin küt travması, dodağın çapılmış yarası, 34 yaşlı şəxsə (cinsi kişi) isə qapalı kəllə-beyin travması, sağ qolun sıyrılmış yarası diaqnozu qoyulub və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
Mənbə: Oxu.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












