Əsgər ailəsi qəzaya düşdü: 5 yaralı - VİDEO

Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, dumanlı hava qəzaya səbəb olub. Əsgərin andiçmə mərasimindən gələn ailə qəzaya uğrayıb. Avtomobilin dərəyə yuvarlanması nəticəsində ailənin 4 üzvü ağır bədən xəsarətləri alıb. Hadisə Muğanlı-İsmayıllı yolunun 2-ci km-də Şamaxının Muğanlı kəndi yaxınlığında qeydə alınıb. Qəbələdən Bakı istiqamətdə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Dərəyə yuvarlanan avtomobilin içərisində olan 5 nəfər köməksiz vəziyyətdə qalıb. Əraziyə cəlb olunan FHN-in xüsusu xilasetmə qrupu avtomobildə olan yaralıları çıxarıb. Xəsarət alanlar Bakı şəhər sakinləri - 49 yaşlı Ələkbərova Aygün, onun övladı 23 yaşlı Aysel, ailənin digər üzvləri - 77 yaşlı Əliyeva Səyyarə və 15 yaşlı Tağızadə Nigar müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə ilə əlaqədar BDYPİ-nin İstintaq və Tədqiqat Bölməsində araşdırma aparılır. Qeyd edək ki, qəzaya düşənlər ailənin əsgərlikdə olan övladının andiçmə mərasimindən qayıdırlarmış.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












