Evakuator xidmətində özünü yandırdı

Bakıda 36 yaşlı kişi ofisdə özünü yandırıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. Bir neçə avtomobili cərimə meydançasına aparılan şəxs buna etiraz edib. Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb. N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
***
Nəsimi RPİ 21-ci Polis İdarəsindən verilən məlumata görə, N.Fərəcov həmin ərazidə qanunsuz formada parkinq xidməti göstərirmiş. Buna görə də nəzarət etdiyi maşınlar polis tərəfindən cərimələnərək meydançaya aparılıb. Cərimələnən avtomobillər N.Fərəcova məxsus olmayıb. Maşın sahiblərinin ondan öz əmlaklarını tələb etməsindən sonra “stayanşik” ofisə gedərək özünü yandırıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












