FHN-in yanğınsöndürən maşını aşdı - FOTO

Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşını aşıb. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a hadisə şahidi olan şəxslər məlumat verib. Məlumata görə, qəza Səbail rayonunun Salyan sosesi Bibiheybət qəsəbəsindən keçən yolda qeydə alınıb. Qəza zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
İlkin ehtimala görə, qəza havanın dumanlı olması səbəbindən baş verib. Sərt döngədə idarəetməni itirən sürücü maşını aşırıb. Qəzaya düşən yanğınsöndürən maşın gecə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verən yanğın hadisəsinin söndürülməsi işinə cəlb olunub. Hadisənin də, məhz həmin yanğının qarşısı alınandan sonra avtomobil yanğınsöndürmə hissəsinə qayıdan zaman baş veridiyi bildirilir.
FHN-in mətbuat xidmətindən isə "report"a qəza ilə bağlı onlarda hər hansı bir məlumatın olmadığını bildiriblər.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












