Gədəbəydə avtomobil maneəyə çırpıldı - Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Slavyanka kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Azərbaycanda ağır qəza: Ölənlər arasında azyaşlılar var - FOTO
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO












