Gədəbəydə avtomobil məktəbliləri vurdu

Gədəbəydə piyadaların vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar arasında məktəblilərin də olduğu deyilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, hadisə rayonunun Zəhmət kəndində baş verib:
“Hadisə nəticəsində 2006-cı və 2005-ci il təvəllüdlü iki sərnişin və 2016-cı il təvəllüdlü iki piyada xəsarət alıb. Qəza zamanı “Volkswagen Passat” markalı avtomobil iki məktəblini vurub. Məktəblilər dərhal Gəncə şəhər xəstəxanasına çatdırılıb. Ümumilikdə xəsarət alanlardan biri qız, üçü oğlandır. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başladılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO












