Gənc qadını vuran sürücü qaçdı - VİDEO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində piyadanın vurulması ilə nətijələnən yol nəqliyyat hadisəsi baş verib. Hələlik kimliyi bilinməyən sürücü idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən piyada qəsəbə sakini 32 yaşlı Vəfa Rzayevanı vurub. Avtomobil piyadanı vurduqdan sonra sürücü avtomaşınla birlikdə hadisə yerindən qaçıb. Yaralı Vəfa Rzayeva isə başqa bir nəqliyyat vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən yaralının həyatını xilas etmək mümkün olub. Yol qəzası ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar aparılır. Polis hadisəni törədib qaçan sürücünün müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












