Gəncədə avtomobil azyaşlını vurdu
Qəzalar
13 May 2021 12:45

Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub.
Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən əldə etdiyi məlumatda bildirilir ki, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb.
Araşdırma aparılır.
Oxunub : 3656
DİGƏR XƏBƏRLƏR
27 Noyabr 2026 12:48
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
26 Noyabr 2026 10:23
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
25 Noyabr 2026 18:11
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
25 Noyabr 2026 09:18
Bakıda ağır qəza baş verdi
24 Noyabr 2026 21:31
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
24 Noyabr 2026 13:36
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
24 Noyabr 2026 10:18
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
24 Noyabr 2026 10:00
Sabunçuda AĞIR QƏZA: Ölən var
24 Noyabr 2026 09:30
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
24 Noyabr 2026 09:23
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
24 Noyabr 2026 09:11
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
ŞƏRH YAZ











