Gəncədə dəhşətli qəza: sürücü bu maşından sağ çıxdı

Gəncədə bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza bu gün saat 12 radələrində Gəncə-Bakı magistral yolunun Zazalı postuna yaxın ərazisində baş verib. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əsgər Kazımovun idarə etdiyi “Ford” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, “Azərenerji” ASC-yə məxsus, işıq dirəkləri daşıyan “KrAZ” markalı avtomobilin arxasına çırpılıb. Qəza nəticəsində Ə.Kazımov ağır bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisəyə “Ford”un sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














