Gəncədə əkiz qardaşları maşın vurdu

Gəncədə əkiz qardaşlar avtomobil zərbəsinə tuş gəlib. Bu gün Gəncə şəhəri Neman Vəliyev küçəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
Şəhər sakinləri 18 yaşlı Mürsəl və Rəsul Kəngərli qardaşları piyadalar üçün nəzərdə tutulan səki ilə gedərkən, sürətlə hərəkətdə olan “VAZ 21015” markalı avtomobil tərəfindən vurulublar. Bundan sonra sürücü idarəetməni itirərək ağaca çırpılıb. Sürücü hadisə yerini tərk edərək qaçıb. Polis əməkdaşları müəyyən edib ki, Mürsəl və Rəsul Kəngərliləri vuran sürücü Gədəbəy sakini 26 yaşlı Rövşən Mahmudovdur. O, saxlanılaraq həkim müayinəsindən keçirilib. Saxlanılan şəxsin sərxoş olma ehtimalı var. Xəsərət alanlar həkim nəzarəti altındadır. Onların səhhətləri orta-ağır kimi qiymətləndirilir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Kəpəz TV
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












