Banner

MN: "Goranboydakı yol qəzasında 2 hərbçi xəsarət alıb"  - YENİLƏNİB

Qəzalar 11 Noyabr 2022 19:06 Oxunub 1222
MN:  "Goranboydakı yol qəzasında 2 hərbçi xəsarət alıb"   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

18:00

Goranboyda hərbçiləri daşıyan "QAZ-52" markalı avtomobil minik avtomobilinə çırpılıb, xəsarət alanlar var. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

"N" saylı hərbi hissəyə məxsus "QAZ-52" markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı "VAZ" markalı avtomobillə çırpılıb.

Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. Onlar yaxınlıqdakı şəxslərin və təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən hərbi hospitala aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh