Göyçayda qəza: 1 ölü bir, yaralı

Göyçayda bir nəfərin ölümü, birinin isə yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun 6-cı kilometrliyində, Hüngütlü kəndi ərazisində qeydə alınıb. Ucar rayonunun Alpoud kənd sakini Fərhad Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücünün həyat yoldaşı Lamiyə Abdullayeva hadisə yerində dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan sürücü Fərhad Abdullayev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin versiyaya əsasən, qəza hava yağıntılı olduğu üçün sürücünün idərəetməni itirməsi səbəbindən baş verib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












